waplog

Yeni sensor tərdə C vitamininin səviyyəsini müəyyənləşdirir


Yeni sensor tərdə C vitamininin səviyyəsini müəyyənləşdirir. Bu, immuniteti və yaraların sağalması üçün son dərəcə vacib komponent olan kollagenin istehsalını dəstəkləməyə imkan verəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Kaliforniya Universitetinin komandası C vitaminini müəyyənləşdirən qeyri-invaziv sensor hazırlayıb. Bu sensor gündəlik qida qəbulu və qidalanma rejiminə riayət etməli olan istifadəçilər üçün faydalı ola bilər. Tədqiqat "ACS Sensors" nəşrində dərc edilib.

 

"Davamlı sensorlar ənənəvi olaraq fiziki aktivliyin izlənilməsi və ya xəstəliklərin (məsələn, diabet) monitorinqi üçün istifadə edilir – Kaliforniya Universitetindən ixtiranın həmmüəllifi Culian Sempionyatto deyib. – Biz lazımi vitaminin səviyyəsindəki dəyişiklikləri izləmək üçün ilk dəfə ferment yanaşmasından istifadə üsulunu nümayiş etdirdik".

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL