waplog

“LG” şirkəti 15 millimetr qalınlığında “X Note Z330” ultrabuku təqdim edib


“LG” şirkəti “X Note Z330” ultrabukunu təqdim edib. Onun qalınlığı 14,7 mm  təşkil edir,- “Akihabara News” bildirib. Yenilik metal korpusda hazırlanıb və 1366x768 piksel kəskinlikli 13,3 düymlü ekranla təchiz edilib.


Satışda “İntel  Core i7 2637M” və “Core i5 2467M” prosessorları ilə olan leptop versiyaları olacaq.
“LG X Note Z330” ultrabuku 4 QB əməli yaddaşa, 120 və ya 250 QB tutumunda “SSD”-daşıyıcıya, inteqrasiya edilmiş qrafikaya, “Wi-Fi” və “Bluetooth 3.0” modullarına, “HDMİ” konnektoru və “USB 3.0” portuna malikdir.


“Super Speed Tech” texnologiyası sayəsində ultrabuk 10 saniyədən az müddət ərzində yüklənir.
“X Note Z330” ultrabukunun ölçüləri 315x215x14,7 mm, çəkisi isə 1,2 kq təşkil edir. Leptop Koreyada konfiqurasiyasından asılı olaraq 1500-2300 dollara satılacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL