waplog

ABŞ hərbçiləri üçün “Samsung Galaxy S20” smartfonunun xüsusi versiyası təqdim edilib


“Samsung Electronics” şirkəti “Galaxy S20” smartfonunun xüsusi versiyasını təqdim edib. “Samsung Galaxy S20 Tactical Edition” adlı model ABŞ hərbçiləri tərəfindən istifadə üçün nəzərdə tutulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “İXBT” resursuna istinadən yazır ki, smartfon ABŞ federal hökuməti və Müdafiə Nazirliyi ilə əməkdaşlıqda yaradılıb. Qurğuda məxfi məlumatların qorunması üçün iki etibarlı şifrləmə səviyyəsindən istifadə olunub. Yeni model dərhal hərbi taktiki radiorabitə və missiya idarəetmə sistemlərinə qoşulur.

 

Smartfonda gecəgörmə eynəyindən istifadə üçün xüsusi rejim nəzərdə tutulub. Məxfi rejim mobil və radiorabitəni söndürür. Smartfonu hərbçinin sinəsinə bərkidilən zaman horizontal rejimdə asanlıqla blokdan çıxarmaq mümkündür.

 

“Samsung Galaxy S20 Tactical Edition” 6,2 düym diaqonallı ekran, “Snapdragon 865” prosessoru, 12 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, 4 min milliamper/saat tutumlu akkumulyator, “Galaxy S20” üçün standart kamera dəsti ilə təchiz edilib. Həmçinin model xüsusi qoruyucu çexol və xüsusi proqram təminatına malikdir.

 

2020-ci ilin üçüncü rübündə buraxılacaq “Samsung Galaxy S20 Tactical Edition” smartfonunun açıq satışa çıxarılması planlaşdırılmır.

 

Nizam Nuriyev

 

https://www.youtube.com/watch?v=JiHuTvv5f0s&feature=emb_title



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL