waplog

Molibdenit materialdan hazırlanan çiplər


İsveçrənin Lozanna Federal politexnik məktəbinin mühəndislər qrupu iddia edirlər ki, onlar ilk dəfə olaraq yeni və çox perspektivli material – molibdenit əsasında mikroçip hazırlamağı bacarıblar.


Mühəndislər bildiriblər ki, molibdenitdən hazırlanan çiplərin ölçüsü əhəmiyyətli dərəcədə kiçikdir və klassik silisium çipləri ilə müqayisədə az enerji istehlak edir.


İsveçrə alimləri bildirirlər ki, molibdenit kimi mineralın elektron və fiziki üstünlüklərini bir neçə il araşdırıblar və hal-hazırda onun praktik istifadəsinə başlamağa hazırdırlar.


Müəlliflər bildirirlər ki, nanoelektronika və nanostrukturun yerli laboratoriyasında hazırlanmış çip komponentlərin miniatürləşdirilməsi (kiçilməsi),  elektrik istehlakı və hətta mexaniki elastiklik  imkanına görə silisium çiplərini üstələyir.


Molibdenitdən hazırlanan yeni tranzistorlar barəsində alimlər bildiriblər ki, onlar  silisiumdan yalnız kiçik ölçüsü ilə deyil, həm də sürətli hesablama əməliyyatları aparması ilə fərqlənir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL