waplog

“LG” şirkəti təhlükəsiz “Q61” smartfonunu təqdim edib


“LG” şirkətinin smartfonlar çeşidinə “Q61” adlı orta qiymət seqmentinə məxsus smartfon əlavə edilib. Yeni cihazın əsas özəlliklərinə sudan və yerə düşmədən qoruyan korpus, 4 sensorlu qabaqcıl kamera modulu, həmçinin geniş simsiz interfeys dəstini göstərmək olar.

 

Smartfon 2340x1080 piksel təsvir ölçülü 6,5 düym diaqonallı displey, 16 meqapiksellik ön kamera, “MediaTek Helio P35” mobil platforması, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, aparatın arxa qapağında 4 sensorlu əsas kamera üfüqi şəkildə yerləşdirilib: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı optika, həmçinin 2 və 5 mp-lik iki dərinlik datçiki. Smartfonun daxili akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir.

 

Bundan başqa, “LG Q61” smartfonu “DTS:X 3D Surround Sound” həcmli səslənmə texnologiyası, “Google Assistant” səsli assistentini çağırmaq üçün xüsusi düymə, kontaktsız ödənişlər üçün “NFC” modulu ilə təchiz edilib, həmçinin korpus “MIL-STD-810G” hərbi standartı üzrə qorunur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL