waplog

“Huawei” şirkəti “Google Search”in analoqunu təqdim edib


“Huawei” şirkəti “Google Search”in analoqunu – “Petal Search”i rəsmən təqdim edib. Bu haqda Çin korporasiyasının yaydığı bəyanatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Petal Search”in köməyi ilə istifadəçilər lazımi informasiyanı axtarmaqla yanaşı, həm də xəbərləri, hava haqqında məlumatları, videoları izləyə və musiqi dinləyə, mehmanxanalarda nömrə bronlaşdıra və proqramlar yükləyə bilərlər. Bundan başqa, “Huawei” şirkəti sözügedən xidmətin funksionallığının tədricən artırılacağına dair söz verib.

 

Çin şirkəti bir ildir bu xidmətin hazırlanması ilə məşğul olur. Sınaqlar zamanı axtarış xidməti “Huawei Search” adlandırılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL