waplog

Köhnə qurğular üçün “iOS 12.4.7” sistemi buraxılıb


"Apple" şirkəti "iOS 13.5" mobil əməliyyat sisteminin yeni versiyasını, eləcə də "iOS 13" və ya "iPadOS 13" sistemlərini dəstəkləməyən köhnə qurğular üçün "iOS 12.4.7" sistem yeniləməsini təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, sistem yeniləməsi "iPhone 5s", "iPhone 6", "iPhone 6 Plus" smartfonları, orijinal "iPad Air", "iPad mini 2", "iPad mini 3" planşetləri və altıncı nəsil "iPod touch" pleyerləri üçün nəzərdə tutulub. "iOS 12.4.6" sisteminin idarəetməsi ilə işləyən qurğularda dəyişikliklər cüzi olacaq – yeniləməyə yeni funksiyalar əlavə edilmədən təhlükəsizlik düzəlişləri daxildir. Yeniləmə prosesi 10 dəqiqə davam edəcək. Əməliyyat sisteminin daha köhnə versiyaları ilə işləyən qurğularda yeniləmə əvvəllər buraxılmış yeniliklərin mövcudluğu səbəbindən daha həcmli olacaq, quraşdırma prosesi isə daha uzun çəkəcək.

 

Sistem yeniləməsi quraşdırıldıqdan sonra bir sıra "iPhone", "iPad" və "iPod" qurğularında internetə qoşulma, batareyanın enerjisinin daha çox sərf edilməsi, məhsuldarlığın aşağı düşməsi və "Touch ID" barmaq izi skanerinin işi ilə bağlı problemlər yarana bilər. Bununla belə, bu problemlər "iOS" əməliyyat sistemində ən çox yayılmış problemlərdəndir və adətən asanlıqla aradan qaldırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL