“5G” dəstəkli “Honor X10 5G” smartfonu nümayiş olunub
Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən "Honor X10 5G" smartfonu rəsmən təqdim edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, model "Full HD+" (2400 × 1080 piksel) təsvir ölçülü və 90 QHs yeniləmə tezlikli 6,63 düym diaqonallı ekranla təchiz edilib. On altı meqapikselli sensor əsasında ön kamera irəliyə çıxan periskop modulu şəklində hazırlanıb. Çoxmodullu arxa kameranın tərkibinə 40 meqapikselli "Sony IMX600y" sensoru, 8 meqapikselli sensor və ultraenlibucaqlı optika bloku, eləcə də 2 meqapikselli dərinlik sensoru daxildir.
"Honor X10" modelində "Kirin 820 5G" prosessoru tətbiq edilib. Çip 2,36 QHs takt tezlikli dörd "Cortex-A76" nüvəsi, 1,84 QHs takt tezlikli dörd "Cortex-A55" nüvəsi, "ARM Mali-G57 MP6" qrafik sürətləndiricisi və "5G" modeminə malikdir.
Enerjini 22,5 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən 4300 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir. Həmçinin "Magic UI 3.1" proqram təminatlı "Android 10" əməliyyat sistemi tətbiq edilib. Bundan başqa, yan barmaq izi skaneri, "Wi-Fi 802.11ac" və "Bluetooth 5.1" adapterləri, "USB Type-C" portu, qulaqcıq üçün 3,5 millimetrlik çıxış sadalanır. Qurğunun qabaritləri 163,7 × 76,5 × 8,8 mm, çəkisi 203 qram təşkil edir.
Alıcılara seçim üçün üç variant təklif olunacaq: 6 giqabaytlıq operativ yaddaş və 64 giqabaytlıq quraşdırılmış yaddaş tutumlu versiyanın qiyməti 270 dollar, 6 giqabaytlıq operativ yaddaş və 128 giqabaytlıq quraşdırılmış yaddaş – 310 dollar, 8 giqabaytlıq operativ yaddaş və 128 giqabaytlıq quraşdırılmış yaddaş – 340 dollar təşkil edəcək.
Satışlarına mayın 26-dan etibarən 270 dollar ilkin qiymətlə başlanılacaq "Honor X10 5G" smartfonu "Honor" brendli ən ucuz "5G" qurğular sırasına daxil olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL