waplog

“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq


“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi kompüter qurğuları bazarı koronavirus pandemiyasından sonra növbəti il bərpa olunmağa başlayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, cari ilin birinci rübündə, kütləvi özünü təcridetmə zamanı (insanlar evdən işləyib və təhsil aldıqda) noutbuk və fərdi kompüterlərə tələbat yüksək olub, amma analitiklərin gözləntisinə görə, 2020-ci ilin 3 və 4-cü rüblərində azalma gözlənilir. “IDC” analitik şirkəti fərdi kompüter qurğuları dedikdə işçi stansiyalar, noutbuklar, monobloklar, xrombuklar və ultrabuklar, planşetlər və mobil işçi stansiyaları nəzərdə tutur.

 

Cari ilin ikinci rübündə Mərkəzi və Şərqi Avropada davam edən məsafədən işləmək və Çində istehsal obyektlərinin bərpa edilməsi səbəbindən 3%-lik artım gözlənilir. Ancaq ilin nəticəsinə görə kompüter qurğularının ümumi tədarük həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 14% azalaraq 360,9 milyon təşkil edəcək.

 

“IDC”nin proqnozuna görə, 2021-ci ildə kommersiya yönümlü FK bazarında artım qeydə alınmağa başlayacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL