waplog

“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib


Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürək problemləri riskini azaltmağa kömək edir. “Samsung” şirkətindən bildirilib ki, “Galaxy Watch Active 2” “ağıllı” saatları indi rəsmi olaraq tibbi qurğu hesab edilir və istifadəçilərə öz sağlamlıq vəziyyətlərini daima nəzarətdə saxlamağa kömək edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Galaxy Watch Active 2” “ağıllı” saatları Cənubi Koreyanın Qida Təhlükəsizliyi və Dərman Nazirliyindən xüsusi cihazlar olmadan arterial təzyiqin izlənilməsi funksiyasından istifadəyə icazə alıb. “Samsung” şirkəti artıq EKQ ölçmə funksiyasına da icazə verildiyini açıqlayıb.

 

Elektrokardioqram müayinəsi üçün “Samsung Health Monitor” adlı xüsusi proqramdan istifadə olunur. Şirkətin nümayəndələrinin sözlərinə görə, bu, sözügedən saatların sahiblərinə ürək qulaqcıqlarının fibrilyasiyası ilə bağlı pozulmaları vaxtında aşkar edərək ürək ritmini ölçməyə və təhlil etməyə imkan verir. EKQ qeydləri (xüsusən arterial təzyiq göstəriciləri ilə birgə) istifadəçinin sağlamlıq vəziyyəti haqqında məlumat verir və həyat tərzinə uyğun daha əsaslı qərar və tövsiyələr qəbul etmək üçün nəticəni həkimlə paylaşmağa imkan yaradır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL