waplog

“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib


“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini nümayiş etdirib. Yeni qurğunun əsasını “Intel Comet Lake” aparat platforması təşkil edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, tətbiq edilən “Core i7-10875H” prosessorunun tərkibinə eyni anda 16-dək təlimat axınını emal edən səkkiz hesablayıcı nüvə daxildir. Əsas maksimal takt tezliyi 2,3 QHs, maksimal 5,1 QHs təşkil edir.

 

Noutbuk 15,6 düym diaqonallı displeylə təchiz olunub. Böyük versiya 3840 × 2160 piksel təsvir ölçülü “4К” panelə və “Adobe RGB” rəng məkanını 100 faizlik əhatə imkanına malikdir. Bundan başqa, “Full HD” (1920 × 1080 piksel), o cümlədən sensorlu idarəetmə dəstəkli modifikasiyalar mövcuddur.

 

“DDR4-3200” operativ yaddaş tutumu 64 giqabayta bərabərdir. Həmçinin “М.2” form-faktorlu iki bərkcisimli toplayıcını quraşdırmaq mümkündür.

 

Noutbuk daktiloskopik skaner, “Wi-Fi 6” (802.11ax) və “Bluetooth 5.1” simsiz rabitə adapterləri, ağ işıqlandırmaya malik klaviatura, 2 vatlıq dinamikə malik audiosistem, “USB 3.2 Gen2 Type-C”, “USB 3.2 Gen 2 Type-A”, “HDMI” və “RJ45” portları daxildir.

 

Portativ kompüterin ölçüsü 358,3 × 248 × 18,3-19,8 millimetr, çəkisi 2,1 kiloqram təşkil edir. Enerjini 99,9 vatt-saat tutumlu akkumulyator batareyası təmin edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL