waplog

Çinlilər “Android 4.0” əsasında olan ilk planşet istehsal ediblər


Böyük istehsalçılar planşet və smartfonları “Android 4.0”-a kimi yenilənmə haqqında düşünərkən çinlilər “İce Cream Sandwich” əsasında işləyən və qiyməti 99 dollar olan planşet istehsal ediblər.

Qurğu Çinin “İngenic” şirkəti  və Amerikanın “MİPS Technologies” şirkətinin iştirakı ilə yaradılıb, - “Computerworld” bildirib.

“Novo7” planşeti birnüvəli 1QHz takt tezlikli prosessora əsaslanır. Qurğu 7 düymlü ekran, “Full HD” formatında video dəstəyi ilə “Vivante GC860” qrafik çipi, 2 kamera, “Wi-Fi” modulu, “HDMİ” konnektoru və “microSD” slotu ilə təchiz edilib.

Yeniliyin avtonom iş müddəti videoya baxış zamanı 8 saat, veb-sörfinq rejimində 7 saat və ya oyun rejimində 6 saat təşkil edir. “Novo7” planşetinin  “Android Market”-ə girişi yoxdur.Qurğu hələ ki yalnız Çində satılır, lakin  istehsalçıların sözlərinə görə, yaxın aylarda digər ölkələrdə də satılacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL