waplog

“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib


“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfonlar üçün hazırlanan yeni “OLED” ekran nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, yeni displeyin hazırda şirkət tərəfindən son illər ərzində ekranlar üçün istifadə edilən “Infinity” brendi ilə buraxılacağı hələ ki məlum deyil. Bununla belə, yeni tip ekranın istifadə ediləcəyi ilk smartfonun “Samsung Galaxy Note 20” modeli olacağı ehtimal edilir. Onun bu ilin avqustunda təqdim ediləcəyi gözlənilir.

 

“5G” nəsli üçün optimallaşdırılan “OLED” displey artıq İsveçrənin “SGS” sertifikatlaşdırma şirkəti tərəfindən “Eye Care Display” sertifikatına layiq görülüb. Şirkət nümayəndələrinin fikrincə, “Samsung” ekranı enerjiyə çox qənaət edir. Bundan başqa, işıq spektrinin göy hissəsinin şüalanması nəzərəçarpacaq dərəcədə azaldılıb ki, bu da yorğunluq simptomlarını hiss etmədən ekrana daha çox baxmağa imkan verir. “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekranın göy işıq üçün şüalandırma göstəricisi 6,5 faiz təşkil edir. Müqayisə üçün qeyd edək ki, hazırkı “Samsung Infinity” displeylərində bu göstərici 7,5 faizə bərabərdir.

 

Müstəqil “UL” agentliyinin testlərinə görə, yeni “Samsung OLED” ekranının enerji sərfiyyatı hazırkı “Infinity” displeyləri ilə müqayisədə 15 faiz azdır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL