“Nano”-SİM kartları dəstəkləyən ilk telefonlar 2012-ci ildə istehsal ediləcək
Avropa Telekommunikasiya Standartları İnstitutu (ETSI) ilin sonuna kimi yeni tipli SİM-kart standartını (Nano-SİM) təsdiq edəcək. Almaniyanın “Giesecke & Devrient” şirkəti noyabr ayında onları hazırladığını bildirib.
“Nano”-SİM kartlarının ölçüləri 12×9 mm təşkil edir ki, bu isə micro-SİM-dən təxminən 3/1 qədər azdır. Əgər adi SİM-kartlarla müqayisə etsək, o zaman ölçülər 60% azalıb. Kartların qalınlığı isə 15% azalıb.
Bildirilib ki, “Nano”-SİM kartlarını dəstəkləyən ilk mobil telefon və smartfonlar 2012-ci ildə istehsal ediləcək.
“Nano”-SİM kartlarının yaradılmasının istehsalçılara telefonların qalınlığını bir qədər azaltmaq imkanı verəcəyi bildirilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL