waplog

“Windows 7” sisteminin bazar payı açıqlanıb


Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemlərindən olaraq qalır. May ayına olan vəziyyətə görə, 2009-cu ildə buraxılan əməliyyat sistemi dünyada ikinci yeri tutmaqla yalnız “Windows 10” sistemindən geri qalıb. Bu barədə “NetMarketShare” analitik agentliyinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Windows 7” sisteminin bazar payı 24,28 faizə bərabərdir – “Microsoft” platformasının bu versiyası dünyada hər dörd fərdi kompüterdən birində istifadə olunur. Bu göstərici üzrə onu yalnız şirkət tərəfindən aktiv dəstəklənən “Windows 10” (57,83 faiz) üstələyir. “Windows 8.1” sisteminin payı 3,04 faiz, “Mac” kompüterlərinə quraşdırılan “Apple macOS” sisteminin isə 2,46 faiz qiymətləndirilib.

 

Bildirilir ki, bir il əvvəl “Windows 7” dünya əməliyyat sistemləri bazarında 35 faizə sahib çıxıb. “Windows 7” sisteminin mövqeləri zəifləsə də, onun hələ 2 il ən çox tələb olunan əməliyyat sistemləri sırasına daxil olacağı gözlənilir.

 

“Windows 7” sisteminin dəstəklənməsi 14 yanvar 2020-ci ildə başa çatıb. O gündən sistemin stabilliyini artıran pulsuz təhlükəsiz yeniləmələri, səhvlərin düzəlişi, təhlükəsizlik proqramları ilə təmin edilməsi rəsmən dayandırılıb. Pullu texniki dəstək yalnız korporativ nəşrlər üçün saxlanılıb: bir qurğu üçün 25 dollar (Windows 7 Professional) və ya 50 dollar (Windows 7 Enterprise). Bundan başqa, növbəti il üçün tarif bahalaşır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL