waplog

Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib


“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təqdim edilmiş miniatür rəngli printerin ölçüləri adi ofis marker ilə eynidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 180 qr ağırlığında olan “Selpic P1” şırnaqlı printeri loqotip, mətn, şəkil, həmçinin QR və ştrix kodların rəngli çap edilməsi üçün qurğu kimi təqdim edilir. İstehsalçıların bəyanatına görə, qurğu yalnız kağız üzərinə deyil, həm də metal, parça, plastik və dəri kimi səthlərin üzərinə şəkil çəkə bilir.

 

İstifadəçi çap etmək üçün adi bir markerlə olduğu kimi cihazı seçilmiş materialın üzərində sürüşdürməlidir. “Selpic P1” yığcam printerinin avtonom işləmə müddəti 3 saatdır.

 

Maksimim çap təsvir ölçüsü 600 dpi təşkil edir, parametrlərin sazlanması “iOS”, “Android” və “Windows” üçün mobil proqram vasitəsilə “Wi-Fi” üzərindən həyata keçirilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL