waplog

“iPhone 12” modelinin buraxılışı təxirə salınıb


Yeni "iPhone" smartfonunun buraxılışı təxirə salına bilər. Bu barədə "Bloomberg" agentliyinin "Apple" korporasiyasının tərəfdaşı qismində çıxış edən "Broadcom" şirkətinin icraçı direktoru Hok Tana istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, icraçı direktor Şimali Amerikanın nəhəng mobil telefon istehsalçısının əsas məhsulunun buraxılışının təxirə salındığını bildirib. Jurnalistlərin fikrincə, H.Tan "iPhone" modelinin buraxılışının ertələnməsini nəzərdə tutub.

 

Top-menecer bu ilin dördüncü maliyyə rübünədək gəlirlərdə artımın gözlənilmədiyini qeyd edib. Onun sözlərinə görə, yubanma koronavirus pandemiyası səbəbindən "Apple" və tərəfdaş şirkətlərin mühəndislərinin evdən işləməsi ilə əlaqədardır. "Broadcom"un icraçı direktoru vurğulayıb ki, yeni məhsulda həm dizayn, həm də proqram təminatı baxımından dəyişiklik olmayacaq.

 

Agentlik nümayəndələrinin sözlərinə görə, smartfon istehsalçıları tərəfindən qurğu üçün komponent hissələri adətən məhsulun buraxılışından bir neçə ay əvvəl sifariş edilir.

 

Qeyd edək ki, "Broadcom" yarımkeçirici məhsulların buraxılışı ilə məşğul olan ABŞ şirkətidir və simli və simsiz rabitə sahəsinin iştirakçısıdır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL