waplog

“Linux” fərdi kompüter əməliyyat sistemləri bazarında populyarlaşır


“Netmarketshare” analitik şirkəti əməliyyat sistemi və veb-brauzerlərin yayılmasını əks etdirən aylıq hesabat təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, hesabata görə, “Windows 10” fərdi əməliyyat sistemləri bazarında lider olaraq qalır. Əməliyyat sistemi bu yaxınlarda 57,34 faizdən 56 faizədək azalma ilə üzləşdikdən sonra bazar payını artırmaqla yanaşı, mayda onu 57,83 faizədək artırıb.

 

“macOS” əməliyyat sisteminin payı 9,75 faizdən 9,68 faizədək cüzi azalmaqla nisbətən stabil qalıb.

 

Apreldə payını 2,87 faizədək, mayda 3,17 faizədək artıran “Linux” əməliyyat sistemi isə artıq bir neçə aydır ardıcıl artım nümayiş etdirir. Bunun əksər texniki dəstək xidmətlərinin məsafədən işə keçməsi və ev kompüterlərinə “Linux” sistemini quraşdırması ilə əlaqədar olması ehtimal edilir.

 

Masaüstü brauzerlər bazarına gəldikdə, mayın yekunları üzrə “Chrome”un payında 69,81 faizdən 70 faizədək cüzi artım müşahidə olunur. “Edge” brauzeri də payını 7,76 faizdən 7,86 faizədək artırıb. Lakin “Firefox”un populyarlığı 7,25 faizdən 7,23 faizədək azalıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL