waplog

Britaniya Müdafiə Nazirliyində kiberalay yaradılıb


Böyük Britaniya Müdafiə Nazirliyi rəqəmli hücumlardan mühafizəyə görə məsuliyyət daşıyan Britaniya Silahlı Qüvvələrinin Kral Rabitə Korpusunun tərkibində 13-cü Siqnal alayı yaradıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, yeni bölmə ölkədə və xaricdə əməliyyatların aparılması zamanı həyati əhəmiyyətli hərbi şəbəkələrin qorunması ilə məşğul olacaq.

 

“Bu, informasiya müharibəsinə hazır Böyük Britaniya Silahlı Qüvvələrinin modernləşdirilməsində yeni addımdır. Kiberhücumlar fiziki döyüş meydanında rast gəlinən hücumlar kimi ölümcül olub. Buna görə də biz istənilən təhlükə mənbəyindən hücumlara hazır olmalıyıq və 13-cü Siqnal alayı bu mühafizəyə həyati əhəmiyyətli əlavədir”, – Britaniya Müdafiə naziri Ben Uolles bildirib.

 

Xüsusiləşmiş bölmə yeni Ordu İnformasiya Təhlükəsizliyi üzrə Əməliyyatlar Mərkəzinin əsasını təşkil edərək onun domen mühafizəsinə xüsusi diqqət yetirəcək və bütün hərbi rabitə şəbəkələrinin təhlükəsizliyinin təmini üçün Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL