waplog

“Motorola” şirkəti “One Fusion ” smartfonunu təqdim edib


“Motorola” şirkəti iki ucuz smartfonunun təqdimatından sonra “One Fusion ” modelini elan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Motorola One Fusion ” smartfonu “Full HD ” təsvir ölçülü 6,5 düymlük IPS displeylə təchiz edilib və “HDR10” sertifikatına malikdir. Ön kamera korpusun daxilində irəli-geri çəkilən mexanizmin içərisində gizlədilib, buna görə ekranda heç bir xüsusi kəsik yoxdur. Barmaq izləri skaneri arxa tərəfdə yerləşdirilib. Qurğunun ölçüləri 162,9 x 76,4 x 9,6 mm, çəkisi isə 210 qr təşkil edir.

 

Smartfon 8 nüvəli “Snapdragon 730” prosessoru, 6 QB əməli yaddaş, 128 QB-lıq daxili yaddaş (artırmaq mümkündür) və 15 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bundan başqa, gur səsli dinamik və qulaqlıqlar üçün 3,5 mm-lik konnektor nəzərdə tutulub. Amma bu modeldə NFC texnologiyası reallaşdırılmayıb.

 

Əsas kamera 4 sensordan ibarətdir: 64 mp-lik (f/1.8) əsas, 8 mp-lik ultra genişbucaqlı, makroçəkiliş üçün 5 mp-lik və 2 mp-lik dərinlik sensoru.

 

Qiyməti 299 avro təşkil edən “Motorola One Fusion ” smartfonu hələ ki yalnız Avropa bazarı üçün əlçatandır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL