waplog

“Redmi” şirkəti “Wi-Fi 6” dəstəkli ucuz router təqdim edib


“Redmi” şirkəti “Redmi AX5” adlı marşrutlayıcısını təqdim edib. Yüksək məhsuldarlıq və aktual “Wi-Fi 6” standartını dəstəkləyən qurğunun qiyməti ucuzdur və aparatı sürətləndirmək üçün neyron hesablama blokuna malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, dörd mobil antenalı yenilik yüksəksürətli simsiz qoşulma ilə diqqət çəkir: modelin buraxılış qabiliyyətinin ən yüksək nöqtəsi 1775 Mbit/s təşkil edir. İstehsalçının iddiasına görə, 1080p təsvir ölçülü tammetrajlı filmin yüklənməsi üçün qurğuya 8 saniyə vaxt lazım olacaq.

 

Router 14 nm-lik texnoloji proses üzrə hazırlanmış 1,2 QHs takt tezlikli 5 nüvəli “Qualcomm” prosessoru ilə işləyir.

 

Ümumilikdə yeni router giriş nöqtəsi rejimində 128-dək qurğunu dəstəkləyir. Həm veb-interfeys, həm də mobil tətbiqin köməyi ilə ev şəbəkəsini tənzimləmək olar.

 

Çində “Redmi AX5” routerinin qiyməti 32 dollar təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL