waplog

“Apple” şirkəti “Intel”in prosessorlarından imtina edəcək


“Apple” öz kompüterlərində “Intel” şirkətinin çiplərindən istifadəni dayandıracaq. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, agentliyin məlumatına görə, şirkət 22 iyunda başlayacaq “WWDC” tədbirində öz istehsalı olan prosessorlarla təchiz edilmiş “Mac” kompüterləri layihəsini elan edəcək. “Apple” indiyədək də öz istehsalı olan çiplərlə təchiz edilmiş smartfon və planşetlər təqdim edib. Mənbələrin fikrincə, yeni çiplərlə təchiz edilmiş ilk kompüterlər yalnız 2021-ci ildə əlçatan olacaq.

 

“Intel”in məhsulundan imtina “Mac” kompüterlərinin məhsuldarlığını yaxşılaşdırmaq və texnikanın enerji səmərəliliyini yüksəltmək istəyi ilə bağlıdır. Həmçinin öz istehsalatı olan komponentlərə keçid istehsalda gecikmələr ehtimalını azaldacaq. “Bloomberg”in analitikləri hesab edirlər ki, elektron komponentlərin qiyməti, həmçinin azalacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL