waplog

Süni beyin təqdim edilib


Massaçusets Texnologiya İnstitutunun mühəndisləri memristorlar adlandırılan on minlərlə süni sinapsdan ibarət süni beyin hazırlayıblar. Bu haqda “Nature Nanotechnology” jurnalında dərc edilmiş məqalədə deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, memristorlar silisium, həmçinin gümüş və mis ərintisindən hazırlanıb. Hazırlanmış çip vizual informasiyanı yadda saxlamağa və onu karbonlu komponentlərdən istehsal edilmiş mövcud memristor konstruksiyaları ilə müqayisədə daha dəqiq canlandırmaq qabiliyyətinə malikdir. Bu, informasiyanı insan beyini kimi emal edən elektronikanın bir növünü təşkil edən neyromorfik qurğuların işini yaxşılaşdırmağa imkan verəcək. Belə sxemlər yığcam qurğulara inteqrasiya edilə və hələ ki yalnız superkompüterlər üçün həlli mümkün olan mürəkkəb tapşırıqları yerinə yetirə bilərlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL