waplog

“Adobe” smartfonun kamerası üçün çoxlu filtrə malik “Photoshop” proqramını təqdim edib


"Adobe" şirkəti tərəfindən smartfonun kamerası üçün təqdim edilmiş çoxlu filtrə malik "Photoshop" proqramı şəkli komiksə çevirə və ya onu kosmik üslubda dizayn edə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Photoshop Camera" adlandırılmış yeni mobil proqram "iOS" və "Android" mobil əməliyyat sistemləri üçün ödənişsiz əlçatandır. Lakin mobil proqram hələ ki "Android" sistemi üçün yalnız "Pixel", "Galaxy" və "OnePlus" modellərini dəstəkləyir.

 

"Photoshop Camera" proqramında şəkli cüzi redaktə etmək mümkündür, lakin filtrlərə böyük önəm verilib. 80-dən çox tənzimlənə bilən filtr əlçatandır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL