“HP” şirkəti iki yeni xrombukunu təqdim edib
“HP Chromebook x360 14c” modelinin qalınlığı təxminən 18 mm, çəkisi 1,59 kq təşkil edir. Barmaq izləri skaneri, ikiqat ön dinamik nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “HP” şirkətinin yeni noutbuku 10-cu nəsil “Intel Core i5” prosessoru, 128 QB fləş yaddaşla təchiz edilib, avtonom iş vaxtı 13,5 saat təşkil edir və “HP Fast Charge” (45 dəqiqə müddətində 0-dan 50%-dək enerji toplayır) sürətli enerjidoldurma funksiyasını dəstəkləyir.
Model “USB Type-A”, “USB Type-C” portları, “Corning Gorilla Glass NBT” qoruyucu şüşəsinə malik sensor ekranla təchiz edilib.
“HP Chromebook x360 14c” modeli “Wi-Fi 6” texnologiyasını dəstəkləyir, “HP Extended Range Wireless LAN” texnologiyası isə geniş əhatə dairəsini təmin edir.
“HP Chromebook 11a” modeli kül rəngi – boz rəngdə (Ash Gray) işlənib hazırlanıb. 11 düymlük diaqonal, tam ölçülü klaviatura və taçpada malik modelin çəkisi 1,36 kq-dır.
“Chromebook 11a” modeli 13 saatadək avtonom işi təmin edir və “Intel Celeron Dual Core” prosessoru, 4 QB-dək “LP DDR4” əməli yaddaşı, 32 QB tutumunda daxili yaddaş və “Bluetooth 4.0”, “Wi-Fi 5” adapteri ilə təchiz edilib. “USB Type-A” və “Type-C” portları, audiokonnektor və “Micro SD” yaddaş kartları üçün slot nəzərdə tutulub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL