waplog

“WhatsApp” messencerində elektron ödənişlər funksiyası əlçatan olub


ABŞ-ın “Facebook” şirkəti “WhatsApp” messencerində pulköçürmələri xidmətini istifadəyə verib. Bu haqda sosial şəbəkədə öz səhifəsində şirkətin direktoru Mark Zukerberq məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni funksiya hələ ki yalnız braziliyalı istifadəçilərə əlçatandır. “Mastercard” ödəmə sistemini dəstəkləyən “Nubank” və “Sicredi” bank kartlarının sahibləri ölkədə yeni xidmətin üstünlüklərini qiymətləndirən ilk şəxslər olublar. Məlumdur ki, yeniliyin köməyilə kiçik müəssisələr messencer üzərindən öz satışlarını həyata keçirə biləcəklər.

 

Yeni funksiya pulköçürmələrinin təhlükəsizliyini təmin edən “Facebook Pay” ödəmə sistemi sayəsində reallaşdırılıb. Sözügedən ödəmə sistemi 2019-cu ilin noyabrında sosial şəbəkədə istifadəyə verilib. Həmçinin Zukerberq bir sıra tərəfdaşlara təşəkkür edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL