waplog

Yeni “Intel” prosessorları zərərverici proqram təminatına qarşı daxili müdafiə texnologiyasına malik olacaq


“Intel” şirkəti tərəfindən təqdim edilmiş yeni texnologiya istifadəçiləri aparat səviyyəsində zərərverici hücumlardan qorumağa kömək edəcək. “Control-Flow Enforcement Technology” (CET) adlı daxili təhlükəsizlik sistemi ilk olaraq bu yayın sonunda satışa çıxarılacaq “Tiger Lake” prosessorlar xəttində istifadə ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “CET” texnologiyası çipə inteqrasiya ediləcək. Bu sistem prosessorda bu və ya digər tapşırıqların icra ardıcıllığını müəyyənləşdirən əmrlər axınına nəzarət edir.

 

Məsələn, “Intel”in yeni mexanizmi “ROP” və “JOP” tipli hücum cəhdlərinin qarşısını ala biləcək. Bu tip hücumları proqram vasitələri ilə aşkar etmək çətindir, çünki cinayətkarlar icra olunan yaddaşdan işə salınan qanuni koddan istifadə edirlər.

 

Yeni texnoloji həll “Intel” korporasiyasının gələcək masaüstü və server platformalarında tətbiq ediləcək. Çip istehsalçısı, həmçinin “Microsoft” korporasiyası ilə birgə “CET” texnologiyasının “Windows 10” əməliyyat sisteminə inteqrasiyası üzərində işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL