waplog

“Microsoft” korporasiyası “Windows 10” sistemində sənədlərin çap edilməsi ilə bağlı problemi aradan qaldırıb


“Microsoft” şirkəti “Windows 10” əməliyyat sistemi üçün sənədlərin çap edilməsi ilə bağlı problemi aradan qaldıran yeniləmə təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, dünyada ən böyük proqram təminatı istehsalçısı “Windows 10” sisteminin müxtəlif versiyaları üçün problemi aradan qaldıran bir neçə ayrı yeniləmə çıxarıb. Bu o deməkdir ki, “Windows 10” sisteminin bəzi quraşdırmalarının istifadəçiləri hələ də sənədlərin çap edilməsi zamanı müxtəlif səhvlərlə üzləşirlər.

 

Hazırda yeniləmə “1903”, “1909”, “1809” və “1803” nömrəli quraşdırmalar üçün əlçatandır. “Microsoft”un rəsmisi bildirib ki, yeniləmələr müəyyən printerlərdə çapetmə prosesinə mane ola bilən problemləri aradan qaldırır".

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL