waplog

Pandemiya birgə iş üçün artırılmış və virtual reallıq texnologiyaları bazarının inkişafını kəskin sürətləndirəcək


“COVID-19” pandemiyasına görə sosial məsafənin saxlanılması zərurəti və distant işləyən əməkdaşların sayının artması artırılmış (AR) və virtual reallıq (VR) texnologiyaları bazarının inkişafını sürətləndirəcək. “ABI Research” analitiklərinin proqnozuna görə, 2025-ci ilədək sözügedən bazarda mənfəət 400 milyon dollara yaxınlaşacaq, halbuki 2019-cu ildə bu göstərici 12 milyon dollardan az təşkil etmişdi.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər qeyd edirlər ki, pandemiya dövründə informasiya mübadiləsi və birgə iş üçün texnologiyalar bazarında maraq və tələbatın xeyli artması müşahidə olunur. “COVID-19”un uzun sürən nəticələri, ehtimal ki, genişləndirilmiş reallıq (Extended Reality, XR) kimi qabaqcıl texnologiyaların tətbiqini sürətləndirəcək. Paralel olaraq video konfranslar üçün avadanlıq kimi ənənəvi bazarlarda artımın aktivləşməsi gözlənilir. 2025-ci ilədək sonuncu bazarda satış həcmi 4 milyard dollara yaxınlaşacaq. Bu, ötənilki göstəricidən 1,6 dəfə çoxdur.

 

"Hələ ki heç kim “COVID-19” pandemiyasının bizə necə təsir edəcəyini bilmir, ancaq nəticələrinin uzunmüddətli olacağı artıq məlumdur. “Facebook” kimi bəzi şirkətlər öz əməkdaşlarının gələcəkdə də evdən işləməsinə icazə vermək üçün artıq öz daxili qaydalarına düzəlişlər ediblər. Tədbirlərin ləğvi və şəxsi görüşmələrin qeyri-mümkünlüyü videorabitə xidmətlərinə və onlar üçün alətlərə tələbatın artması ilə nəticələnib" – “ABI Research”in aparıcı analitiki Maykl İnuen deyib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL