“McAfee” şirkəti heyətini azaldır
Antivirus proqram təminatı istehsalçısı “McAfee” bu gün 250 əməkdaşını və ya ştatın təxminən 3%-ni işdən azad etmək planları haqqında bildirib. “McAfee” şirkətinin bəyanatında qeyd edilib ki, bu addım diqqəti əsas fəaliyyət növlərinə yönəltməyə və ümumi effektivliyi qaldırmağa imkan verəcək.
Analitiklər bildiriblər ki, “McAfee” şirkətində işçilərin çıxarılması – bu, “Symantec” şirkəti ilə daha müvəffəqiyyətli rəqabət üçün nəzərdə tutulmuş korporativ planın bir hissəsidir.
"Şirkəti 2012-ci ildə daha yaxşı inkişaf etdirmək üçün biz bu çətin qərarı qəbul etmək və personalın sayını azaltmalı olduq" – “McAfee” şirkətinin mətbuat katibi Yan Brayen bildirib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL