waplog

“Google” şirkəti ‘ağıllı” lentdən ibarət yeni sosial şəbəkəsini istifadəyə verib


“Google Plus” sosial şəbəkəsinin işinin dayandırılmasından 2 il sonra axtarış nəhəngi “Keen” adlı başqa iddialı layihəsini istifadəyə verib. İstifadəçiləri onlayn maraqlarına görə birləşdirmək üçün hazırlanmış yeni xidmət süni intellekt tərəfindən seçilən tematik kartlar sisteminə əsaslanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Area 120” startap-inkubatorunda hazırlanmış yeni sosial şəbəkənin interfeysi "lövhələr" (Keens) sistemi üzrə qurulub. Həmin “lövhələr”ə seçilmiş mövzular üzrə məqalə, şəkil və başqa məzmun bərkitmək və bundan sonra bu informasiyanı paylaşmaq və ya yalnız onu şəxsi baxış üçün saxlamaq olar. Maşın təliminə əsaslanan xidmətin daxili alqoritmi istifadəçilərə onların seçiminə əsasən kolleksiyaya əlavə etmək üçün avtomatik olaraq yeni elementlər təklif edəcək.

 

“Android” üçün mobil tətbiqetmə və ya yeni sosial şəbəkənin veb versiyasından istifadə edərək “Keen” sosial şəbəkəsinin bütün xüsusiyyətləri ilə tanış ola bilərsiniz. Tərtibatçılar “iOS” sistemi üçün mobil tətbiqin çıxarılacağı vaxtı açıqlamayıblar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL