waplog

“Huawei Enjoy 20 Pro” smartfonu təqdim edilib


"Huawei" şirkəti orta qiymət seqmentinə məxsus "Enjoy 20 Pro" smartfonunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, cihaz 90 Hs yeniləmə tezliyini dəstəkləyən 6,5 düymlük ekranla təchiz edilib. İstehsalçının bəyanatına görə, yeni qurğunun ekranı ön panelin 91,2% sahəsini tutur. Qurğuya 7 nm-lik texnoloji proses üzrə hazırlanmış "MediaTek Dimensity 800" prosessoru quraşdırılıb.

 

Konfiqurasiyadan asılı olaraq, smartfonun əməli yaddaş tutumu 6 və ya 8 QB, daxili yaddaş tutumu isə 128 QB ("microSD" yaddaş kartının köməyi ilə artırmaq mümkündür) təşkil edir. Aparat gücü 22,5 vattadək olan sürətli enerjidoldurma funksiyasını dəstəkləyən 4000 milliamper/saat tutumlu akkumulyatora malikdir. Aparatı blokdan çıxartmaq üçün korpusun yan tərəfinə barmaq izləri skaneri quraşdırılıb.

 

Qurğunun arxa tərəfində 48 mp-lik əsas sensor, 8 mp-lik genişbucaqlı linzalardan ibarət sensor, həmçinin makroçəkiliş 40 mm-dən fokuslama imkanına malik 2 mp-lik moduldan ibarət əsas kamera bloku yerləşdirilib. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL