“Huawei” smartfonların təhlükəsiz sökülməsi üçün xüsusi cihaz hazırlayıb
Smartfon sınanda çox zaman onun sökülməsi tələb olunur. Bu, çox zəhmət tələb edən bir prosesdir, həmçinin qurğuya daha çox zərər vurmamaq üçün müvafiq təcrübə lazımdır. Lakin "Huawei" şirkətinin çeşidində smartfonu 6 dəqiqə ərzində səliqəli şəkildə sökə bilən xüsusi cihaz mövcuddur.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, Çinin "Huawei" şirkəti təmir vaxtı gözlənilməz hadisələrin qarşısını almaq üçün smartfonların avtomatik sökülməsi platformasını işləyib hazırlayıb. Bu platforma arxa qapağın qızdırılması üçün optimal temperaturu yüksək dəqiqliklə müəyyənləşdirir və olduqca səliqəli şəkildə onu ayırır. Bundan başqa, bu prosesdən öncə zədələnmənin qarşısını almaq üçün qurğuya qoruyucu plyonkalar yapışdırılır. Prosedur zamanı avtomatik sökmə platforması qurğunun vəziyyətinə nəzarət edir, bununla da həddən artıq qızma və ya sınma ehtimalının qarşısını alır.
Bu cihaz "Huawei" şirkətinin xidmət mərkəzlərində istifadə olunur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL