waplog

“Windows 7” əməliyyat sistemi üçün gözlənilmədən yeniləmə çıxarılıb


“Microsoft” korporasiyası “Windows 7” əməliyyat sistemi üçün yeni yeniləməsini çıxarıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “KB4567409” nömrəli yeniləmə istifadəçiyə öz kompüterinə “Chromium” mühərrikinə əsaslanan “Microsoft Edge” brauzeri quraşdırmağa imkan verir. “Microsoft” şirkəti sözügedən brauzeri 2015-ci ildə “Internet Explorer”ə əvəzetmə kimi təqdim edib.

 

“Windows 7” istifadəçiləri təklif edilən yeniləmənin quraşdırılmasından imtina edə bilərlər, çünki o, təhlükəsizlik yeniləməsi deyil.

 

Xatırladaq ki, “Microsoft” şirkəti 14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin dəstəyini dayandırıb. Məlumatda deyilirdi ki, bu əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlər öz fəaliyyətini davam etdirəcək, lakin “Microsoft” texniki dəstəyi və yeniləmələrin çıxarılışını dayandıracaq. “Microsoft”un rəsmisi istifadəçilərə “Windows 10” sisteminə keçid etməyi tövsiyə edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL