“RİM” şirkətinə yeni əməliyyat sistemini “BBX” adlandırmağı qadağan ediblər
Albukerke şəhərində (ABŞ) yerləşən Federal məhkəmə “RİM” şirkətinin yeni əməliyyat sisteminin “BBX” adlandırılması ilə bağlı müvəqqəti qadağa çıxarıb. Nəticədə kanadalılar platformanı “BlackBerry 10” adlandırıblar. Amerikanın kiçik “Basis” şirkəti korporasiyaya qarşı işi udmağı bacarıb.
Məhkəmə qərara alıb ki, “RİM” şirkəti daha əvvəl qeydiyyat olmuş marka ilə identik olan ticarət markasından istifadə edir. Baxmayaraq ki, “RİM” və “Basis” şirkətləri birbaşa rəqib deyil, onlar hər ikisi şəxsi proqram məhsulları üçün “BBX” adından istifadə edirlər. Hakim qərara gəlib ki, bu, iki şirkətin müştərilərini çaşbaş sala bilər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL