waplog

“IP 68” müdafiə səviyyəsi, kvadrokamera və “NFC” texnologiyasına malik “OPPO Reno3 A” smartfonu təqdim edilib


"OPPO Reno3" smartfonlar xəttinə yeni "Reno3 A" adlı model əlavə edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yeni model "Full HD " təsvir ölçülü 6,44 düymlük "AMOLED" ekran, daxili barmaq izləri skaneri ilə təchiz edilib. "IP68" müdafiə səviyyəsinə əlavə olaraq smartfonun ekranı cızılmalara qarşı dayanıqlı olan "Corning Gorilla Glass 5" şüşəsinə malikdir.

 

Qurğunun məhsuldarlığını "Snapdragon 665" prosessoru təmin edir. Model 6 QB əməli yaddaşa və 128 QB daxili yaddaşa ("microSD" yaddaş kartı vasitəsilə artırmaq mümkündür) malikdir, akkumulyatorun tutumu 4025 milliamper/saat təşkil edir. "Wi-Fi" və "Bluetooth" modullarından başqa "Google Pay" üzərindən ödənişlərin həyata keçirilməsi üçün "NFC" çipi də quraşdırılıb.

 

İşıq diodu işıqlandırıcısı və təsvirin rəqəmli sabitləşməsi dəstəyinə malik aparatın arxa kamerası 48 (əsas, f/1.7), 8 (f/2.2), 2 (makroobyektiv) və 2 mp dərinlik sensorlarına malikdir. Ekranda f/2.0 aperturalı 16 mp-lik sensor nəzərdə tutulub. Smartfon "Android 10" əməliyyat sisteminin idarəetməsi altında smartfon işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL