waplog

“Xiaomi Ningmei CR100” kompüterinin çəkisi 760 qramdır


Çinin “Xiaomi” şirkəti “Youpin” vəsait toplanışı saytında “Intel” aparat platforması üzərində qurulan kiçik form-faktorlu “Ningmei CR100” masaüstü kompüterini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, 192 × 188 × 54 millimetr qabaritli korpusa malik qurğunun çəkisi 760 qram təşkil edir. Həmçinin “Gemini Lake” nəslinə aid “Celeron J4105” prosessoru tətbiq edilib: çipə dörd hesablayıcı nüvə və “Intel UHD 600” qrafik sürətləndiricisi daxildir. Nominal takt tezliyi 1,5 QHs, maksimal takt tezliyi isə 2,5 QHs təşkil edir.

 

Mini-fərdi kompüter 8 giqabayt tutumlu “DDR4” operativ yaddaş və 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Əlavə olaraq “SD” formatlı fləş-kart quraşdırmaq mümkündür.

 

Təsvirin göstərilməsi üçün “D-Sub” analoq çıxışı və “HDMI” rəqəmli interfeysi nəzərdə tutulub. Bundan əlavə, qulaqcıq və mikrofon üçün standart çıxışlar, “USB 3.0” və “USB Type-C” portları mövcuddur.

 

Kompüter ikikanallı audiosistemlə təchiz edilib. Daxili konstruksiya istiliyin daha yaxşı yayılmasına xidmət edir.

 

“Xiaomi Ningmei CR100” mini-fərdi kompüterinin təxmini qiyməti 210 dollar təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL