waplog

Dəriyə yapışdırılan sensor hazırlanıb


Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları tərəfindən işlənib hazırlanmış sensor insan tərini təhlil edərək onun sağlamlıq vəziyyətinə nəzarət edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, qurğu səhiyyə sənayesinin nümayəndələri və xüsusilə yüngül atletlər üçün maraqlı olacaq, çünki o, həddən artıq istiliyə nəzarət və ya məşqlərin optimal sayını tənzimləmək üçün istifadə edilə bilər. Tədqiqatçılar, həmçinin xəstəliklərin monitorinqi ilə əlaqədar Pensilvaniya Tibb Məktəbinin nümayəndələri ilə əməkdaşlıq edirlər. Qurğu PH üçün bir, qlükozanın ölçülməsi üçün ikinci, natrium üçün isə üçüncü kameraya malikdir. Bu 3 göstərici xəstəliyin markerləri sayılır.

 

"Biz gündəlik məşqlərdən və ya isti nəticəsində ayrılan təri təhlil etmək imkanına malik olmaq istəyirik, çünki onun tərkibində PH və qlükoza kimi çoxlu biomarkerlər vardır ki, bu da xəstəliyin irəliləməsi və ya onun diaqnostikası üçün yaxşı indikator ola bilər", - deyə Pensilvaniya ştatının mühəndislik elmləri və mexanika dosenti Huanyu "Larri" Çen bildirib. 
 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL