waplog

“Microsoft” bütün pərakəndə mağazalarını həmişəlik bağlayacaq


"Microsoft" şirkəti dünyada fəaliyyət göstərən bütün pərakəndə mağazalarının bağlandığını elan edib. Ticarət nöqtələrinin fəaliyyəti həmişəlik dayandırılacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, yalnız Nyu-York (Beşinci prospekt), London, Sidney və Redmondda belə mağazalar fəaliyyət göstərəcək. Bu mağazalar "təcrübə mübadiləsi mərkəzlərinə" çevriləcək – istifadəçilər məhsulu satın almazdan öncə qurğularla tanış ola biləcəklər. Lakin orada məhsullar satılmayacaq.

 

Mağazaların bağlanması ixtisarlara gətirib çıxarmayacaq, şirkətin nümayəndələri "The Verge" nəşrinə deyiblər. Pərakəndə satış strategiyasındakı dəyişiklik diqqəti elektron ticarətə yönəltmək istəyi ilə bağlıdır. Hər ay "Microsoft.com" saytı, həmçinin "Xbox" və "Windows" onlayn mağazalarına 1,2 milyardadək insan daxil olur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL