waplog

“Windows” yeniləməsi kompüterləri zəiflədib


“Windows 10” əməliyyat sisteminin məcburi yeniləməsi kompüterlərin zəifləməsinə səbəb olub. Bu barədə “Windows Latest” nəşrinin istifadəçilərin “Microsoft” forumunda şikayətlərinə istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, sistem yeniləməsi kompüterlərin təkrar işəsalma vaxtının artmasına və oyunlarda ekranda saniyədə göstərilən kadrların sayının azalması ilə nəticələnib.

 

Jurnalistlərin fikrincə, problemlər sistemə “Edge” brauzerinin yeni versiyasını əlavə edən “KB4559309” yeniləməsi ilə əlaqədardır. Bununla yanaşı, yeniləmə məcburidir – avtomatik rejimdə yüklənilir və quraşdırılır və istifadəçinin iştirakını tələb etmir. Nəşrin məlumatına görə, sistemin zəifləməsi halları məhdud sayda əməliyyat sistemi istifadəçilərinə aiddir.

 

Məlumat dərc ediləndən sonra “Microsoft” məsələyə münasibət bildirməyib. Sistemin zəifləməsi ilə üzləşən “Windows 10” surətlərinin sahibləri üçün nəşr əməliyyat sisteminin bərpasını və ya “Windows” sistemini yenidən quraşdırmağı tövsiyə edib.

 

“KB4559309” yeniləməsi “KB4541301” və “KB4541302” ilə birlikdə “Microsoft” şirkətinə məxsus əməliyyat sisteminin ən son yeniləmələrindəndir. Bundan əvvəl “Windows 7” istifadəçiləri “Microsoft Explorer” brauzerini “Edge” brauzeri ilə əvəzləyən yeniləməyə diqqət yetiriblər. Bu halda 2009-cu ildə buraxılan əməliyyat sistemi 2020-ci ilin yanvarından istehsalçı tərəfindən dəstəklənmir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL