waplog

Dünyanın ən bahalı brendləri açıqlanıb


“Amazon” bir il əvvəl olduğu kimi, dünyanın ən bahalı brendi seçilib. Şirkətin dəyəri ötən illə müqayisədə təxminən üçdə bir dəfə artaraq 415,9 milyard dollar təşkil edib. Bu barədə “Kantar” konsaltinq şirkətinin “BrandZ” reytinqində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, dəyəri 352,2 milyard dollar qiymətləndirilən “Apple” şirkəti ikinci yeri tutub. “Microsoft” korporasiyası 326,5 milyard dollarlıq kapitallaşma ilə “Google” şirkətini üstələyərək dünyada əhəmiyyətinə görə üçüncü brend olub. Ekspertlər bunu əməkdaşların koronavirus pandemiyası dövründə evdən işləməsi və “Microsoft Teams” korporativ platformasında birgə iş üçün proqram təminatından aktiv istifadə etməsi ilə izah edirlər.

 

Hesabata görə, insanlara rəqəmli qurğular vasitəsilə həyatda istiqamətlənməyə və rahatlığa nail olmağa imkan verən brendlərin dəyəri artıb və ya ən azı öz kateqoriyasında lider olub. “Google”dan sonrakı mövqelərdə “Visa”, “Alibaba”, “Tencent”, “Facebook” və “McDonald’s” qərarlaşıb. Onluğu “MasterCard” tamamlayıb.

 

İllik dərc edilən reytinqə bazar kapitallaşması əsasında 100 ən bahalı brend daxildir. Tədqiqatda bütün dünya üzrə 3,8 milyondan çox insan iştirak edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL