waplog

Elektron tullantıların həcmi dünya əhalisindən üç dəfə daha sürətli artır


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, 2019-cu ildə 53,6 milyon ton kompüter, noutbuk, mobil telefon, televizor, soyuducu və başqa məişət elektronikası zibilliyə atılıb. Bu, 5 il əvvəllə müqayisədə 21% daha çoxdur. 2030-cu ilədək elektron tullantıların həcmi 74 milyon tona yaxınlaşa, yəni 16 ildə 2 dəfə arta bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "news.un.org" saytına istinadən yazır ki, "son 5 ildə elektron tullantıların həcmi dünya əhalisinin sayından üç dəfə daha sürətli artır" – BTİ-nin nümayəndəsi Dorin Boqdan-Martin deyib. O bildirib ki, elektron zibillərdən formalaşmış dağlar – bu, dördüncü sənaye inqilabının nəticəsidir.

 

Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri elektron tullantıların ətraf mühitə və insanların sağlamlığına ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər. Zibilliyə atılmış bir çox qurğularda insanın beyninə və ya koordinasiya sisteminə mənfi təsir edən zəhərli elementlər və ya təhlükəli maddələr var.

 

Bugünkü gündə elektron tullantıların yalnız 17,4%-i rəsmi olaraq insan üçün təhlükəsiz şəraitdə emal edilir. Digər avadanlıqlar zibilliklərə tullanılır. Həmin texnikaların tərkibində qızıl, gümüş, mis, platin və digər bahalı materiallar var. Onların ümumi qiyməti 57 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da əksər ölkələrin ümumi daxili məhsulundan çoxdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL