waplog

“Honor 30 Lite” smartfonu rəsmən təqdim edilib


"Huawei" şirkətinə məxsus "Honor" brendi 90 hers yeniləmə tezlikli ekran və "MediaTek Dimensity 800" prosessoru ilə təchiz edilmiş yeni ucuz "Honor 30 Lite" "5G" smartfonunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, smartfon 1080p təsvir ölçülü 6,5 düymlük maye kristal displey, 90 hers yeniləmə tezliyi və 16 mp-lik selfi kamera üçün kəsiyə malikdir. Barmaq izləri skaneri sağ kənar tərəfdə yerləşdirilib.

 

Arxa paneldə üç kamera yerləşdirilib: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı və 2 mp-lik dərinlik sensoru. Əsas kamera elektron görüntü sabitləşməsi ilə 4K formatında video çəkə bilər, həmçinin "Super Night Mode" rejimini dəstəkləyir.

 

"Honor 30 Lite" smartfonu "5G" şəbəkəsini dəstəkləyən "MediaTek Dimensity 800" prosessoru, 6/8 QB əməli yaddaş və 64/128 QB daxili yaddaşla təchiz edilib. Telefon "Google"un xidmətləri olmadan "Magic UI 3.1" interfeysli "Android 10" sisteminin idarəetməsi altında işləyir.

 

4000 milliamper/saat tutumunda akkumulyator "USB-C" portu (30 dəqiqə ərzində 53% şarj toplayır) vasitəsilə 22,5 vattadək sürətli enerjidoldurmanı dəstəkləyir. Bundan başqa, smartfon qulaqlıqlar üçün 3,5 mm-lik konnektor və NM yaddaş kartı üçün slotla təchiz edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL