waplog

“MacOS” sistemi ilə işləyən “iPhone” smartfonunun sınaqları keçirilir


"Apple" şirkəti "Galaxy" smartfonları üçün "Samsung Dex" dok-stansiyasını (birləşdirici qurğu) xatırladan, lakin "iPhone" smartfonları üçün nəzərdə tutulan qurğunun hazırlanması üzərində iş aparır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, qurğu "iPhone" modelini monitora qoşmağa və istifadəçilərə tam masaüstü kompüter interfeysi təklif etməyə imkan verəcək. Mahiyyət etibarilə söhbət "iPhone" smartfonundan böyük ekrana "iOS" mobil versiyasının deyil, "MacOS" əməliyyat sisteminin analoqunun daxil edilməsindən gedir. Bununla yanaşı, istifadəçilər əlavə "maus" və klaviatura qoşmaqla adi "Mac" kompüterlərində edilən əməliyyatları yerinə yetirə biləcəklər.

 

Məlumata görə, hazırda "Apple" qurğunu maksimum keyfiyyətli və sürətli etmək üçün onun prototipinin hazırlanmasını davam etdirir. Bundan başqa, şirkət tərəfindən iki variant nəzərdən keçirilir. Belə ki, onlardan birində söhbət "iPhone" smartfonunun "MacOS" sistemi ilə işləməsindən, digərində isə böyük ekrana uyğunlaşdırılan interfeysdən (iOS sistemi əsasında) gedir.

 

Bundan əlavə, "Apple" şirkəti prototipi kommersiya məhsulu mərhələsinə çıxarmaq niyyətindədir. Bu gün qurğunun buraxılış ehtimalı 95 faiz qiymətləndirilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL