İKT üzrə ən yaxşılar məlum oldu
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və telefon rabitəsinin yaranmasının 130 illiyi münasibətilə nazirlik tərəfindən elan edilən “İKT üzrə ən yaxşı kitab” , “Ən yaxşı məqalə, “Ən yaxşı elektron xidmət”, “Ən yaxşı internet resursu” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən nazir müavini İltimas Məmmədov əlamətdar gün münasibətilə nazirlik tərəfindən müxtəlif tədbirlərin, o cümlədən müxtəlif müsabiqələrin keçirildiyini bildirərək qaliblərə uğurlar dilədi.
Nazir müavini ən yaxşı jurnalist yazılarının ardı olaraq belə müsabiqənin keçirilməsində məqsədin bu sahəyə olan marağın artırılması və ən yaxşıların yaxşısının müəyyən edilməsi olduğunu dedi.
Nəticəyə görə,
“İKT üzrə ən yaxşı kitab” nominasiyasında
birinci yer iki nəfər - Havar Məmmədov və Sabit Kərimov, ikinci yer Ağası Məlikov, üçüncü yer Vüqar Haqverdiyev,
“Ən yaxşı məqalə “ nominasiyasında,
birinci yer Mehriban Fəttahova, ikinci yer Kamil Aidazadə, üçüncü yer Taleh Əsgərov,
“Ən yaxşı elektron xidmət” nominasiyasında
birinci yer Vergilər Nazirliyinin portalı, ikinci yer Səhiyyə Nazirliynin “Tibb” müayinə kart sistemi, üçüncü yer Ali Məhkəmənin elektron xidmət səhifəsi,
Birlik və müəssisələr arasında “Ən yaxşı internet resursu ” nominasiyasında,
Birinci yer MHM,
İkinci yer iki müəssisə - BTRİB və “Aztelekom”İB
Qalib gələnlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL