waplog

“5G” smartfonlar bazarında rəqabət güclənəcək


2020-ci ilin ikinci yarısında “Apple” korporasiyası “5G” seqmentdə liderlik üçün mübarizəyə qoşulacaq və bu, brendlər arasında qüvvələr nisbətini dəyişdirəcək. Bu haqda “Strategy Analytics” şirkətinin proqnozuna istinadən “The Korea Herald” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin qiymətləndirməsinə görə, beşinci nəsil şəbəkələrini dəstəkləyən mobil telefonların satış həcmi bu il 234 milyona yaxınlaşacaq. Nəticədə smartfonlar bazarında “5G” modellərin bazar payı 15% təşkil edəcək. Bundan əvvəl mütəxəssislər bildirmişdilər ki, 2019-cu ildə qlobal bazara 18,6 milyon “5G” smartfonu tədarük edilib və bunu nəzərə alaraq belə qurğuların nüfuzetmə səviyyəsi təxminən 1% qiymətləndirilirdi.

 

Mütəxəssislər hesab edirlər ki, 2020-ci ildə “Huawei” şirkəti daha çox “5G” smartfonu satacaq, Çin şirkətinin töhfəsi 27,3% səviyyəsində gözlənilir. 21,4% göstəriciyə malik “Apple” şirkəti ikinci yeri tutacaq. ABŞ korporasiyasının 2020-ci ilin payızında “5G” şəbəkələrinə uyğun ilk “iPhone” smartfonunu təqdim edəcəyi gözlənilir. 2019-cu ildə “5G” smartfonların tədarük həcminə görə lider olan “Samsung Electronics” şirkəti bu dəfə 17,8% göstərici ilə üçüncü yeri tutacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL