waplog

“Samsung Galaxy Note 20” smartfonunun qiyməti açıqlanıb


Cənubi Koreyanın “Samsung” istehsalçısının yeni “Galaxy Note 20” smartfonu onun qurğular seriyası tarixində ən bahalısı ola bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, şirkətin qabaqcıl smartfonları ildən-ilə bahalaşır. Hazırda brendə – bazarın liderinə məxsus müasir smartfon üçün 1000 dollarlıq qiymət praktiki olaraq normaya çevrilib.

 

Bildirilir ki, ekspertlər tərəfindən qabaqcıl smartfonların qiymətinin bahalaşması yüksək məhsuldarlıqlı prosessorun dəyəri, eləcə də məhsulun “5G” funksiyasının dəstəyi ilə təchiz olunması ilə əlaqələndirilir. Bahalaşmaya daha bir səbəb kimi qurğuların müasir kameralarla təchiz edilməsi qeyd olunur: bir sıra parametrlərə görə onlar bahalı rəqəmli fotoaparatları üstələyirlər.

 

2020-ci ildə buraxılışı planlaşdırılan “Samsung Galaxy Note 20” brendin stilusa malik ən bahalı smartfonu olacaq.

 

Mütəxəssislərin sözlərinə görə, smartfon 108 meqapikselli fotosensorlu kamera moduluna malik “Snapdragon 865 Plus” prosessoru ilə təchiz olunacaq.

 

Yeni “Galaxy Note 20” smartfonunun adi versiyasının qiyməti 1000 dollar, ən bahalı versiyasının isə 1300 dollar təşkil edəcək.

 

Cənubi Koreya şirkətinin “Galaxy Note” seriyasının qiyməti ABŞ-ın “Apple” şirkətinin qabaqcıl “iPhone” modelləri ilə eyni olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL