waplog

Bakıda genişzolaqlı internet istifadəçilərinin sayı il ərzində 4 dəfədən çox artıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin şəbəkəsində 130 min genişzolaqlı internet istifadəçisi qeydə alınıb. Bu barədə BTRİB-nin baş direktoru Beytulla Hüseynov deyib.

Onun sözlərinə görə, bu göstərici ötən il 30 min istifadəçi təşkil edib. Abunəçi bazasının ümumi həcmindən 70 faizdən çox istifadəçi özəl internet-servis-provayderlərin payına düşür.
İB-nin proqnozuna görə, gələn il genişzolaqlı qoşulmalar üzrə abunəçi bazası 250 min istifadəçi təşkil edəcək.

"Hazırda özəl provayderlərin fəaliyyətinin genişləndirilməsi üçün bütün lazımi şərait yaradılıb. Onların xidmətlərindən İB-nin bütün telekommunikasiya qovşaqları vasitəsilə istifadə etmək mümkündür", - Hüseynov deyib.

Bu il operator tərəfindən 493/498 saylı ATS-in NGN texnologiyaları bazasında yenidən qurulması üzrə işlər başa çatıb."İB-nin sonrakı planlarına 432/434 və 421/422 saylı ATS-lərin NGN-ə keçirilməsi daxildir", - Hüseynov əlavə edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL