waplog

5000 milliamper/saat tutumlu akkumulyator və kvadrokamera ilə təchiz edilmiş “Poco M2 Pro” smartfonu təqdim edilib


“Poco” brendi “M2 Pro” adlı modelini təqdim etməklə öz smartfon xəttini genişləndirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, aparat “Full HD ” təsvir ölçülü 6,67 düymlük IPS displey və 16 mp-lik selfi sensor üçün dəliklə təchiz edilib. “Snapdragon 720G” mobil platforması əsasında işləyən yenilik 4/6 QB-lıq əməli yaddaş, həmçinin “microSD” yaddaş kartı vasitəsilə genişləndirilə bilən 128 və ya 256 QB-lıq daşıyıcıya malikdir .

 

48, 8, 2 və 5 mp-lik dörd sensordan ibarət əsas kamera bloku smartfonun çəkiliş imkanlarını təmin edir. İstehsalçı biometrik autentifikasiya üsulu kimi korpusun kənarında yerləşdirilmiş barmaq izləri skanerinə üstünlük verib. 5000 milliamper/saat tutumlu akkumulyator gücü 33 vattadək olan sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

 

4/6 QB-lıq əməli yaddaşa malik “Poco M2 Pro” modelinin qiyməti 186 dollar, 6/64 QB və 6/128 QB-lıq versiyaların qiyməti müvafiq olaraq 200 və 226 dollar təşkil edəcək. Göy, yaşıl və qara rəngli korpuslarda əlçatan olacaq smartfon iyulun 14-də satışa çıxarılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL