waplog

“Motorola G 5G Plus” smartfonu rəsmən təqdim edilib


Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən orta sinifli “Motorola G 5G Plus” smartfonu rəsmən təqdim edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, smartfon 90 QHs yeniləmə tezliyinə malik 6,7 düym diaqonallı “IPS” ekranla təchiz olunub. Displeyin təsvir ölçüsü 1080 × 2520 piksel təşkil edir. Ekranın yuxarı hissəsində ön kameranın obyektivlərinin yerləşdiyi iki kiçik kəsik yerləşir. Əsas sensorun təsvir ölçüsü 16 meqapiksel, yardımçının isə 4 meqapiksel təşkil edir.

 

Məlumata görə, əsas kameralar bloku dörd obyektivlə təchiz edilib. Əsas sensorun təsvir ölçüsü 48 meqapiksel olsa da, onun vasitəsilə əldə edilən fotoşəkillər 12 meqapikselədək ekstrapolyasiya olunur ki, bu da işıq az olan zaman yüksək keyfiyyətli şəkillər əldə etməyə imkan verir. Ondan başqa ultraenlibucaqlı makrosensor, eləcə də portret fotolar üçün dərinlik sensoru mövcuddur.

 

Smartfonun əsasını bu qurğular sinfi üçün “Snapdragon X52” “5G” modemi ilə birlikdə işləyən populyar “Snapdragon 765” prosessoru təşkil edir. Smartfon 4 giqabayt operativ yaddaş və 64 giqabayt quraşdırılmış yaddaş və ya 6 giqabayt operativ yaddaş və 128 giqabayt quraşdırılmış yaddaş tutumlu olmaqla iki versiyada satışa çıxarılacaq.

 

Smartfonun akkumulyator tutumu 5 min milliamper/saata bərabərdir. Onun enerji ilə doldurulması üçün qurğu dəstində 20 vatlıq şəbəkə adapteri yer alıb. Qurğu istehsalçı tərəfindən minimum düzəlişlər edilən “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. İyulun 9-dan etibarən Avropada satışa çıxarılacaq “Motorola G 5G Plus” smartfonunun əsas versiyasının qiyməti 400 dollar, 6 giqabaytlıq operativ yaddaşlı versiyanın isə 450 dollar təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL